Xocalı | Dürdanə Ələkbərova

 Xocalı
(Xocalıya həsr olunmuş mahnı)

İfa: Dürdanə Ələkbərova

Şanlı tariximiz yurd yerimizdir,
Ağrımız-acımız kədərimizdir,
Daim dilimizdə əzbərimizdir,
Yadların əlində qalan Xocalı.

O qan yaddaşıdır hər birimizə,
Canlı abidədir dərdlərimizə,
Bir gün son qoyacaq dərd-sərimizə,
İndi xəyallara dalan Xocalı.

Çiçək itiribdir, gül itiribdir,
Ocaq itiribdir, kül itiribdir,
Oba itiribdir, el itiribdir.


[Nəqarət  
Saralan Xocalı, solan Xocalı,
Ətrini ellərdən alan Xocalı.
Yandı başdan-başa alışdı yandı, ]
O da özü boyda sirli cahandı,

[Nəqarət
Cəmilli, Meşəli, Kərkicahandı, ]
Ətrini ellərdən alan Xocalı.

Çiçək itiribdir, gül itiribdir,
Ocaq itiribdir, kül itiribdir,
Bala itiribdir, bala itiribdir.
İndi xəyallara dalan Xocalı.


Yadların əlində qalan Xocalı.
Ətrini ellərdən alan Xocalı.
İndi xəyallara dalan Xocalı.


 

0 şərh